4 yaşlı uşağın ölümündə ittiham olunan qadın 9 il cəza alıb
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Quba rayon sakini Lalə İsrafilovanın (1971-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
İstintaq.Az xəbər verir ki, ittiham akıtna əsasən, ölüm hadisəsi ötən il mayın 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini Fuad Mustafazadə (2013-cü il təv.) qonşuluğda yaşayan Lalə İsrafilovanın icazəsiz həyətyanı sahəsinə daxil olub. Azyaşlı həyətdəki gülləri tapdaladığı üçün qadın uşağdan həyətdən çıxmasını tələb edib. Fuad qaçmağa başlayıb və darvazanın yanında yıxılıb. O, alnından aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi başanılıb, şübhəli şəxs qismində Lalə İsrafilova saxlanılıb. İstintaq dövründə onun barəsində həbs-qəti imkan tədbiri seçilməyib.

Məhkəmə prosesində Lalə İsrafilova son sözündə uşağın ölümündə heç bir günahı olmadığını və cinayət törətmədiyini qeyd edib. 
 
Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və iclas zalında həbs edilib.





2 421 25.06.18 11:05

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 717   ISTINTAQ.AZ 28-06 19:12