Bakıda mənzilləri bir neçə nəfərə satan vəzifəli şəxslərin məhkəməsi başlayıb
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakinləri Cavid Umudlu və Bəxtiyar Məmmədovun CM-nin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurulmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 320-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

İstintaq.Az
xəbər verir ki, ittiham aktına əsasən, "AAF İnşaat" MMC-nin podratçısı Cavid Umudlu və "Xalq City" MTK-nin sədri Bəxtiyar Məmmədov tikilən yaşayış binasında eyni mənzilləri bir neçə nəfərə satıblar. Bununla da, dələduzluq yolu ilə külli miqdarda pul vəsaiti əldə ediblər. 

İstintaq zamanı zərərçəkmiş şəxs kimi 70 nəfər tanınıb.

Hazırlıq iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan olunub.

İş üzrə baxış iyulun 5-nə təyin edilib.





2 053 25.06.18 11:06

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 786   ISTINTAQ.AZ 28-06 19:12