Bakıda qadınları qarən edən Qazaxıstan vətəndaşına qəti cəza - FOTO
File engine/metagen.php not found.
Bakı Apellyasiya Məhkəməsində Qazaxıstan Respublikasının vətəndaşı Alı Tağıyevın CM-nin 180.2.2 (soyğunçuluq, təkrar törədildikdə), 180.2.4 (soyğunçuluq, ümumi təhlükəli üsulla törədildikdə),  181.2.2 (quldurluq, təkrar törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə məhkum edilməsinə dair məhkəmə prosesi başa çatıb.

İstintaq.Az 
xəbər verir ki, ötən il iyunun 3-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını qırıb götürərək hadisə yerindən qaçıb. Həmun gün Nəsimi RPİ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində, əvvəllər məhkum olunmuş Alı Tağıyevı saxlayıblar. İstintaqın gedişatında tutulan şəxsin bundan əlavə, paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə üç quldurluq və iki soyğunçuluq cinayəti törətməsi müəyyən edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Tağıyev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verərək, cəzasının azaldılmasını xahiş edib. 

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. 







5 817 25.06.18 11:10

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 786   ISTINTAQ.AZ 28-06 19:12