Yasamalda tanışını yandırıb, öldürməyə cəhd edən şəxsin cəzası qüvvəsində qalıb
File engine/metagen.php not found.
Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Səbuhi Ağayevin CM-nin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaq.Az
xəbər verir ki, ötən ilin oktyabr ayında Yasamal rayonunda aralarında baş vermiş mübahisə zamanı Səbuhi Ağayev tanışı Anar Muradovun üzərinə yanacaq tökərək, ona od vurub. Yaralanan şəxs 5 saylı şəhər klinik xəstəxasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər. 

Cinayəti törədən Səbuhi Ağayev həmin gün Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o hadisə zamanı sərxoş vəziyyətdə olub. İş üzrə dindirilmiş 
Ağayev Muradovu öldürmək niyyəti ilə yandırmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkum apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, S.Ağayevin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayıb.






3 930 25.06.18 11:11

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 819   ISTINTAQ.AZ 28-06 19:12