Bakıda həmyerlisini qətlə yetirən Bərdə sakini 17 il cəza alıb - FOTO
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bərdə rayon sakini İsgəndər Hüseynovun (1963-cü il təv.) CM-nin 120.2.9-cu (aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaq.Az 
xəbər verir ki, ötən il noyabrın 22-nə keçən gecə saat 3 radələrində İsgəndər Hüseynov, Lökbatan qəsəbəsində kirayə qaldığı mənzildə Bərdə rayon sakini İlqar Mirzəyevə (1972-ci il təv.) çoxsaylı bıçaq zərbələri endirib. Həmin gecə Hüseynov Qaradağ RPİ 10-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, fakta görə rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi başlanılıb.

İstintaqın gedişatında məlum olub ki, İsgəndər və İlqar Bərdə rayonunda qonşu, həmçinin dost olublar. Noyabrın 21-də Bakıya işləmək məqsədi ilə gələn şəxslər Lökbatan qəsəbəsində kirayə ev tutblar. Mübahisədən öncə xeyli spirtli içki qəbul ediblər, sonra bir-birini təhqir etməyə başlayıblar və nəticədə Hüseynov dözməyib kəsici alətə əl atıb. O, məişət təyinatlı bıçaqla dostuna 8 zərbə vurub. 

DİN-dən alınmış tələbnaməyə əsasən, İ.Hüseynov 2006-cı ildə Moskvada cinayət törətdiyinə görə tutulub və 8 il müddətinə azadlıqdan məhrum olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.








1 259 25.06.18 11:15

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 786   ISTINTAQ.AZ 28-06 19:12