Pirallahıda tanışını öldürən şəxsə prokuror 18 il cəza istəyib - FOTO
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran rayon sakini Zahid Məmiyevin CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Ittiham aktına əsasən, ötən il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Faktla bağlı rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədən 5 gün sonra Pirallahı RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

Məhkəmə prosesində dövlət ittihamçısı Z.Məmiyevə 18 il cəza təyin edilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı ümün məhkəmədən vaxt istəyib. 

Növbəti proses iyunun 29-na təyin edilib. 






2 039 27.06.18 18:09

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 754   ISTINTAQ.AZ 28-06 19:12