Qohumunun evinə basqın edən şəxs və tanışları 24 il cəza alıblar
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Orxan Hümbətov, Rəmzi Muradov və Vaqif Hümbətovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaq.Az
xəbər verir ki, ötən il noyabrın 19-da Biləcəri qəsəbəsində naməlum iki nəfər Nuridə Məmmədovanın evinə basqin ediblər. Qadının əl-qolunu bağlayaraq, bıçaqla ona hədə-qoxu gəliblər və nəticədə 5500 manat  pulunu quldurluq yolu ilə ələ keçiriblər. Dekabrın 12-də DİN Təhlükəsiz şəhər xidməti, Bakı ş. Baş Polis İdarəsi (BPİ) və Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdiklər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Hümbətov və Abşeron rayon sakini Rəmzi Muradovu saxlayıblar.

İstintaqın gedişatında məlum olub ki, Orxan Hümbətov Nuridə Məmmədova ilə qohumdur. Tutulan şəxs qadının lotoreya oynadığını və həmin günlərdə 5000 manata yaxın pul götürdüyünü bilib, bu niyyətlə də tanışı R.Muradovla zərərçəkmşin evinə basqın ediblər. 

Onlar ətrafında aparılan istintaq hərəkətləri zamanı müəyyən edilib, bundan əlavə Orxan Hümbətov qardaşı Vaqif Hümbətovla birlikdə xuliqanlıq ediblər. Belə ki, qardaşlar Biləcəri qəsəbəsində 
yük avtomaşının sürücüsünü döyüblər. 

Məhkəmənin hökmü ilə Orxan Hümbətov 10 il, Rəmzi Muradov 9 il və Vaqif Hümbətov 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.





1 059 27.06.18 19:11

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 786   ISTINTAQ.AZ 28-06 19:12