Yumruq zərbələri ilə qohumunu öldürən "Kürd Vüqar"ın məhkəməsi başlayıb
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Vüqar Hüseynovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

İstintaq.Az xəbər verir ki, hadisə bu il yanvarın 15-də Abşeron rayon Saray qəsəbəsində baş verib. Belə ki, Vüqar Hüseynovun qızı və nəvəsi avtomobil qəzasına düşərək, hər ikisi keçinib. 

Bununla əlaqədar yas mərasimi keçirilib. Mərasim başa çatandan sonra Vüqar qohumu Muğam Şakirova niyə gəlməməsi ilə bağlı irad bildirəndə, sonuncu mərhumları təhqir edib. Bundan qəzəblənən Hüseynov Şakirova yumruqla baş nahiyəsinə zərbələr vurub. Nəticədə sonuncu aldığı zərbələrdən huşunu itirib və ayın 17-də ağır dərəcəli kəllə-beyin travmasından Sumqayıt şəhər Təcili Tibbi Yatdım Xəstəxanasında dünyasını dəyişib. 

Araşdırmaya başlayan Abşeron RPİ-nin əməkdaşları "Kürd Vüqar" ləqəbli V.Hüseynovu saxlayaraq, istintaqa təqdim ediblər.  

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iyulun 4-nə təyin edilib.






5 448 28.06.18 18:12

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 754   ISTINTAQ.AZ 28-06 19:12