Şamaxıda ögey anasını öldürüb, meyitini quyuya atan şəxsin məhkəməsi başlayır
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı şəhər sakini Rəhim Bağırovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. 

İstintaq.Az
xəbər verir ki, ötən il noyabrın 13-də Şamaxı RPŞ-nə gələn yeniyetmə anasının itkin düşməsi barədə məlumat verib. Məlum olub ki, hər səhər orta məktəbə gedən azyaşlı həmin gün anasını evdə tapa bilməyib və buna görə narahat olub. Azadlıq küçəsi, 52-də yerləşən evə yollanan polis əməkdaşlarının diqqətini həyətdəki su quyusunun daş-kəsək, ağac qırıntıları ilə doldurulması çəkib. Oğlan quyunun əvvəllər belə olmadığı bildirib. Dərinliyi 3 metr olan quyu təmizlənərkən, orada qadın meyiti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, o həmin evdə yaşayan Badam Bağırovadır (1960-cı il təv.). 

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, cinayəti bir neçə il əvvəl vəfat etmiş ev sahibi Hacı Bağırovun birinci arvadından olan oğlu, ruhi xəstə olan Rəhim Bağırov (1957-ci il təv.) törədib. O ayın 13-nə keçən gecə ailə münaqişəsi zəmnində qadını qətlə yetirib, sonra isə meyitini su quyusuna atıb. İzi itirmək üçün quyuya daş, torpaq və ağac qırıntıları atıb. 

Qeyd edək ki, Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və nikahlarından bir övladları olub. Mərhumun hər iki arvadı və övladları eyni həyətdə yaşayıb.

Tutulan şəxs əvvəllər məhkum olunub və tezəliklə həbsxanadan çıxıb. 

İş üzrə məhkəmənin hazırlıq iclası iyulun 10-da keçiriləcək.





1 369 02.07.18 16:45

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 754   ISTINTAQ.AZ 28-06 19:12