Zirədə gözətçini döyüb, evi qarət edən şəxslər 33 il cəza alıblar - FOTO
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakinləri Rövşən Məmmədov və Şahlar Novruzovun CM-nin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə,yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstintaq.Az 
xəbər verir ki, ötən il iyunun 27-i gecə saat 2 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə basqın edən naməlum şəxslər orada gözətçi işləyən İqor Vasinə küt alətlə xəsarət yetiriblər. Evdən təmir-tikinti alətləri və DVD aparatı götürərək hadisə yerindən qaçıblar. Yaralanan İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 1-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. Onların sözlərinə görə, İ.Vasini döyən zaman evdəki elektrik sobası təsadüfən aşıb. Bu səbəbdən onlar hadisə yerindən qaçandan sonra, evdə yanğın baş verib. 

Qeyd edək ki, zərərçəkmiş xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib, lakin həkimlər yaralarının ciddi olduğunu deyib, onu evə buraxmayıblar. Buna etiraz olaraq İqor Vasin xəstəxananın pəncərəsindən özünü yerə ataraq, intihar edib. 

Məhkəmənin hökmü ilə Ş.Novruzov 17, R.Məmmədov 16 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.







917 29.06.18 14:17

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 754   ISTINTAQ.AZ 28-06 19:12