Yeznəsini və onun atasını öldürməyə cəhd edən şəxsin məhkəməsi başlayıb
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Suraxanı rayon sakini Tural Tarverdiyevin CM-nin 29.120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 157.1-ci (zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma) maddəlləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

İstintaq.Az
xəbər verir ki, ötən il dekabrın 10-da Bülbülə qəsəbə sakini Tural Tarverdiyev Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan bacısının evinə gəlib. Aralarında yaranmış ailə-məişət zəmnində Tarverdiyev yeznəsi Anar Rəsulova və onun atası Vaqif Rəsulova ov tüfəngindən atəş açaraq, hadisə yerindən qaçıb. Ağır yaralanan ata və oğul 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar. Həkimlər onların həyatlarını xilas ediblər. Həmin gün T.Tarverdiyev Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Məhkəmə prosesində Tural Tarverdiyev ittiah üzrə özünü təqsirli bilməyərək, qeyd edib ki, hadisə vaxtı havaya atəş açıb və heç kimi öldürmək niyyəti olmayıb. 

Hakim elan edib ki, zərərçəkmişlərlə təqsirləndirilən şəxs arasında istintaq mərhələsində barışıq əldə edilib. 

Növbəti proses ayın 9-na təyin olunub. 






3 411 02.07.18 16:59

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 754   ISTINTAQ.AZ 28-06 19:12