Zabratda dostunu bıçaqla öldürən gənc 19 il cəza alıb - FOTO
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Qasımovun (1994-cü il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Istintaq.Az
xəbər verir ki, ötən il noyabrın 27-də 2-ci Zabrat qəsəbəsindən 3 saylı şəhər klinik xəstəxanasına döş qəfəsindən aldığı ağır yara ilə Naxçıvan sakini Xəyal Məmmədov (1995-ci il təv.) çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o keçinib. Həmin gecə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Zaur Qasımov saxlanılıb. 

Məlum olub ki, tanışlar arasında mübahisə qəsəbənin H.Aslanov küçəsində baş verib. Nəticədə Qasımov üzərindəki bıçaqla dostunun ürək nahiyyəsindən bıçaqla bir zərbə endirib və hadisə yerindən qaçıb. Şahidlərin sölərinə görə, onların arasında hadisədən 10 gün əvvəl də internet klubda mübahisə olub, lakin həmin vaxt onları ətrafda olan şəxslər ayırıblar. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 








2 329 03.07.18 18:50

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 820   ISTINTAQ.AZ 28-06 19:12