Bakıda sevgilisini ayağı ilə boğan sahibkar 17 il cəza alıb
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Fərhad Şaqalıyevin (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb. 

İstintaq.Az
xəbər verir ki, ötən il oktyabrın 24-də Bakıxanov qəsəbəsi, Adil Əlibabayev küçəsi 4, mənzil 3-də sərxoş vəziyyətdə olan Fərhad Şaqaliyev qeyri-rəsmi yaşadığı Gülnarə Sadıqovanı 
(1982-ci il təv.) boğaraq, öldürüb. Hadisə qadının azyaşlı oğlunun gözü qarşısında baş verib. Qətldən sonra Şaqalıyev Sabunçu RPİ 13-cü polis bölməsinə təslim olaraq, hadisə barədə məlumat verib. 

İstintaqın gedişatında məlum olub ki, Fərhad Şaqaliyev bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova üçün Bakıxanov qəsəbəsində ev kirayələyib. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb. Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməyini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən də aralarında tez-tez mübahisələr baş verib. Ayın 24-də növbəti münaqişə zamanı Şaqaliyev Sadıqovanı döyüb. Yerə yıxılan qadın onu söydüyü üçün Fərhad, ayağını onun boğazına dirəyərək boğub.


Məlum olub ki, mərhum əvvəllər ailəli olub, cinayəti törədən F.Şaqaliyev sahibkarlıqla məşğul olub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.





2 295 04.07.18 13:53

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 820   ISTINTAQ.AZ 28-06 19:12