Musiqiçini bıçaqlayan müğənninin məhkəməsi başlayıb
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Əfsər İsmayılovun CM-nin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

İstintaq.Az
xəbər verir ki, hadisə 2016-cı il iyunun 21-də Nəsimi rayonu, Moskva prospektində fəaliyyət göstərən kafedə baş verib. Kafedə müğənni fəaliyyəti ilə məşğul olan Əfsər İsmayılov onu sintizatorda müşayət edən Asif İbadovu bıçaqlayıb.  Hadisəyə səbəb Ə.İsmayılovun mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub. Bundan əsəbiləşən müğənni musiqiçini bıçaqlayıb və hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi RPİ İstintaq şöbəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Ə.İsmayılov barəsində axtarış elan olunub. 
O, 2018-ci il yanvarın 25-də ölkədən qaçmaq istəyərkən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb. 

Məhkəmə prosesində Ə.İsmayılov ittiham üzrə özünü təqsirli bilməyib. 

O sərbəst ifadəsində göstərib ki, hadisə baş verən "Nar" kafesində Asif İbadovla bir yerdə işləyib. Onun sözlərinə görə, Asif sintеzatorda ifa edib. Aralarında soyuqluq olub, çünki bundan əvvəl işlədikləri kafedə də mübahisələri düşüb : " İbadov müğənni kimi çalışan qızların birinci ifa etməsini istəyirdi, amma  mən buna imkan vermirdim. Həmin axşam əvvəl içəridə sözlü mübahisəmiz oldu, küçəyə çıxanda Asif məni birinci bıçaqla vurdu, ardınca sifətimdən yumruqla zərbə endirdi. Mən üstümdə bıçağı çıxarıb, ona zərbə endirdim və hadisə yerindən uzaqlaşdım. Oradan bacımgilə getdim, evə həkim çağırdıq". Bundan bir ay sonra xarici pasport çıxartdıran Əfsər İsmayılov Rusiyaya, qardaşının yanına gedib, bir müddətdən sonra geri Bakıya qayıdıb. 

Növbəti proses iyulun 6-na təyin olunub.






792 29.06.18 16:16

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 754   ISTINTAQ.AZ 28-06 19:12