Prokuror Azərbaycan Uşaqları Birliyinin sədrinə cəza istəyib
File engine/metagen.php not found.
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadənin CM-nin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2.-ci ( təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunusuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
 
İstintaq.Az
xəbər verir ki, ittiham aktına əsasən, 1998-ci ildən Azərbaycan Uşaqları Birliyinin sədri vəzifəsində çalışan Kəmalə Ağazadə 2015-ci ilin sentyabr-oktyabr aylarında inzibati binada hissə-hissə vətəndaş Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramov və Mahirə Sadıqovanın hər birindən 2100 manat olmaqla, ümumilikdə 

7800 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. 

Qeyd edək ki, istintaq dövründə K.Ağazadə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. 

Məhkəmə prosesdə çıxış edən dövlət ittihamçısı məhkəmədən QHT sədrinə 4 il cəza təyin edilməsini və iclas zalında həbs edilməsini xahiş edib. 

Təqsirləndirilən qadının vəkili müdafiə nitqi üçün vaxt istəyib.

Növbəti proses iyulun 6-na təyin olunub. 

 





1 231 29.06.18 13:35

Son Əlavə

"Krıtı Araz" və qeyrilərinə hökm oxunub

2 819   ISTINTAQ.AZ 28-06 19:12