Gömrükçülər 350 soyuq silah müsadirə etdi » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

Gömrükçülər 350 soyuq silah müsadirə etdi
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaqların qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn həmin ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb, sürücüsü şifahi sorğu sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin döşəməsində qaynaq işlərinin aparıldığı məlum olub və nəqliyyat vasitəsinin yük yeri açılaraq orada olan avtoehtiyyat hissələri boşaldılıb. Daha sonra nəqliyyat vasitəsinin döşəməsinin arxa hissəsinin taxta örtüyü qaldırılıb və bu zaman orada kənarları qaynaq edilən dəmir örtüyün altından müxtəlif növ və ölçüdə 350 ədəd soyuq silah olan kəsici-deşici xassəyə malik bıçaq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            11 28.04.21 18:21