Qozun içərisində narkotik keçirilməsinin qarşısı alınıb » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

Qozun içərisində narkotik keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı Cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Xuran Xeyrulla Aydın oğluna qohumu Bakı şəhər sakini Səlimxanov Araz Zeynal oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qozun içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,608 qram olan narkotik vasitə heroin və ümumi çəkisi 0,262 qram olan psixotrop vasitə metamfetamin aşkar edilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            27 29.04.21 18:42