Özünə ad günü keçirdi, həbs olundu » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

Özünə ad günü keçirdi, həbs olundu
Qəbələdə işlətdiyi kafedə özünə ad günü məclisi təşkil edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı şəhər mərkəzində yerləşən "Pepsi” adlı kafedə ad günü məclisi təşkil edildiyi aşkarlanıb. Həmin yerə baxış keçirilən zaman obyektin icarədarı Ramil Surxayevin özünə ad günü məclisi təşkil etdiyi məlum olub. Onunla izahedici söhbətlər aparılıb və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Həyata keçirilən digər bir tədbir zamanı isə şəhərin C.Cabbarlı küçəsində yerləşən çayxananın gecə saatlarında işlədiyi məlum olub. Obyektin icarədarı Rahim Kərimova mövcud qaydalar bir daha izah edilib və barəsində inzibati protokol tərtib olunaraq, baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən həmin şəxs 10 gün müddətinə inzibati həbs olunub.                 






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            23 29.04.21 18:44