Bakıda evləri qarət edən dəstə tutuldu - VİDEO » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

Bakıda evləri qarət edən dəstə tutuldu - VİDEO
Suraxanı rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Raqif Nuriyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, onun ayrı-ayrı vaxtlarda Hövsan və Binə qəsəbələrində yük maşınlarının ehtiyat hissələrini oğurladığı məlum olub. Raqif Nuriyevin zərərçəkənlərə ümumilikdə 1000 manata yaxın maddi ziyan vurduğu məlum olub.

Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi digər bir əməliyyat zamanı isə rayon ərazisində yeni tikilməkdə olan evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı Bakı şəhər sakinləri Mirağa Seyidov, Seymur Nağıyev Hüseyn İsmayılov və Həsən Gəncəliyev tutularaq istintaqa təqdim olunublar. Onların əsasən Hövsan qəsəbəsində yeni tikilməkdə olan 10-a yaxın evdən məişət və tikinti əşyaları oğurladıqları məlum olub. Bu şəxslərin ev sahiblərinə ümumilikdə 15 min manat yaxın maddi ziyan vurduqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.












Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            26 30.04.21 19:30