Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq, prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən gənc hüquqşünaslar üçün Baş Prokurorluq tərəfindən cari ildə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin elektron qaydada qəbulu 30.09.2021-ci il saat 18:00-dək davam etdiriləcəkdir.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Namizədlərin nəzərinə çatdırılır ki, müsabiqənin ilkin mərhələsi olan test imtahanında istifadə olunacaq test tapşırıqlarının hazırlanmasında aşağıdakı normativ hüquqi aktlardan istifadə ediləcəkdir:

-Azərbaycan Respublikasının Konstitusiyası;

-"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-"Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu;

-"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiya;

-Azərbaycan Respublikasının Cinayət Məcəlləsi;

-Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki Məcəlləsi;

-Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi;

-Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

-"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Polis haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu;

-"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu.

Əlavə məlumat almaq üçün 492-06-82, 492-74-32, 492-62-23 və 437-28-56 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            268 06.09.21 13:42