Azərbaycanda iş yoldaşını amansızlıqla öldürən şəxslə bağlı YENİ XƏBƏR » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Azərbaycanda iş yoldaşını amansızlıqla öldürən şəxslə bağlı YENİ XƏBƏR
2021-ci il iyulun 4-də Mingəçevir şəhər sakini, 2003-cü il təvəllüdlü Məhəmməd Alıyevin bıçaqla vurularaq çoxsaylı bədən xəsarətləri ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına daxil olması və aldığı bədən xəsarətlərindən ölməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Kənan Osmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Məhəmməd Alıyevi turistik bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, onun müvazinətinin itdiyini hiss etməsinə baxmayaraq xüsusi ağrılar, əzab və əziyyət verdiyini dərk etməklə, ümumilikdə 6 bədən xəsarəti yetirib onu qəsdən öldürüb.

Kənan Osmanov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            208 16.09.21 18:43