107 kq narkotikin ölkədən çıxarılmasının qarşısı alınıb » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

107 kq narkotikin ölkədən çıxarılmasının qarşısı alınıb
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib. Nəticədə 107 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsi bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Çexiya Respublikasına "mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar" yükü aparan Ukrayna Respublikası vətəndaşının idarə etdiyi "Volvo" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.

Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb və 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellər əsaslı yoxlanılıb.

Baxış zamanı panellərin hər birinin daxilində - çərçivə hissələri boyunca yerləşdirilən silindr formalı rezin borular aşkarlanıb. Həmin boruların içərisində isə gömrük nəzarətindən gizlədilən, çəkisi 107 kq 232 qram açıq qəhvəyi rəngli, narkotik vasitə - heroinin olduğu məlum olub.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            16 01.05.21 19:18