Bakı polisi geniş "maska reydləri"nə başladı - VİDEO » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Bakı polisi geniş "maska reydləri"nə başladı - VİDEO
Polis əməkdaşları tərəfindən qapalı məkanlar və yeraltı piyada keçidlərindəki ticarət obyektlərində tibbi maskadan istifadə etməyən şəxslərə qarşı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, növbəti belə tədbir bu gün Nəqliyyatda Baş Polis İdarəsi və Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət obyektlərində təşkil edilib.

Tədbir zamanı həmin ticarət mərkəzləri, yeraltı piyada keçidləri və digər obyektlərində sanitar-karantin qaydalarına əməl olunmasına nəzarət polis əməkdaşları tərəfindən gücləndirilib.

Aparılan yoxlamalar zamanı bir neçə obyektdə və yeraltı keçidlərdə bəzi vətəndaşlar tərəfindən sanitar-gigeyenik qaydalara əməl olunmadığı aşkar edilib.

Həmin obyektlər və tibbi maskadan istifadə etməyən şəxslər barəsində polislər tərəfindən inzibati protokollar tərtib edilib.

Tədbir zamanı Bakı Dəmir Yol Vağzalının yaxınlığında yerləşən yeraltı piyada keçidlərində fəaliyyət göstərən ticarət mərkəzlərində sanitar-karantin qaydalarına əməl etməyən 20-yə yaxın şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, 42 nəfərə isə tibbi maskadan düzgün istifadə etmədiyi üçün polislər tərəfindən xəbərdarlıq olunub.

Qeyd edək ki, paytaxt ərazisində, o cümlədən bölgələrdə sanitar-karantin qaydalarına əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            213 22.09.21 12:48