Sabiq rəis müavininin oğlu direktoru niyə öldürdü? - TƏFƏRRÜAT » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Sabiq rəis müavininin oğlu direktoru niyə öldürdü? - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, dünən polis rəisinin müavini olmuş polkovnik-leytenant Mirtağı Bağırovun oğlu Mirhadi Bağırov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu iş otağında bıçaqlayaraq öldürüb.

"qaynarinfo"ya Ziyad Əhmədovun öldürülməsi ilə bağlı bəzi məlumatlar daxil olub.

Belə ki, bir il əvvəl DAİM-də mühasib kimi fəaliyyətə başlayan Mirhadi Bağırov mütəmadi olaraq işindən yayınırmış. Bir neçə dəfə Ziyad Əhmədovun ona xəbərdarlıq etməsinə baxmayaraq, Mirhadi Bağırov işə məsuliyyətli yanaşmayıb.

Bir müddətdir işə gəlməyən Mirhadi Bağırov dünən DAİM binasına daxil olan zaman Ziyad Əhmədov ona "sən niyə işə gəlmirsən?” iradını bildirib.

Bundan sonra onların arasında mübahisə yaranıb.

Mübahisə Ziyad Əhmədovun kabinetində də davam edib. Biraz keçdikdən sonra Mirhadi Bağırov bıçaqla Ziyad Əhmədovu kabinetində qətlə yetirib.

Goranboy rayon Baytarlıq İdarəsinin rəisi Elsəvər Hüseynov "Qaynarinfo"ya açıqlamasında bildirib ki, Ziyad Əhmədov heç vaxt iş zamanı təhqiramiz ifadələr işlətməyib: "İdarədaxili söz-söhbətlər bəzən olurdu. Amma biraz keçdikdən sonra Ziyad Əhmədov özü adamın könlünü alırdı.

O, sadəcə işi tələb edirdi. Mübahisələri əsasən işə gəlməmək üstündə olub. Başqa nəyə görə ola bilər ki? Buna görə adam bıçaqlayıb öldürərlər? İşə gəlirsən, gəl. Gəlmirsənsə, çıx get. Kim səni məcbur edib? ”.

Elsəvər Hüseynov bildirib ki, Ziyad Əhmədovu öldürən mühasib subay olub: "Ziyad Əhmədovun ailəsi-uşağı var idi. Əgər Ziyad Əhmədov onu incidirdisə, gedib hüquq-mühafizə orqanlarına şikayət verə bilərdi".






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            208 09.10.21 15:57