Azərbaycanda idmançının öldürülməsinin şok səbəbi - Boşanmış qadına görə... » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Azərbaycanda idmançının öldürülməsinin şok səbəbi - Boşanmış qadına görə...
Sumqayıt şəhərində Rasif Həbibovu öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dava edən şəxslər qonşu olublar. Qətlə yetirilən Rasif Həbibov idmançı olub. Hadisə vaxtı Rasiflə yanaşı dostu Samir də bıçaqlanıb.

Məhkəmədə ifadə verən Samir Dadaşov bildirib ki, onlar Əhəd İsmayılovun övladları Nicat və Ramillə daha əvvəl dost olublar. Daha sonra qız söhbətinə görə münasibətlər pozulub: “Mən Rasif və Əhədin böyük oğlu Nicatla birlikdə maşın alveri ilə məşğul olmuşam, yaxşı münasibətlərimiz vardı. Rasif illərlə Nicatgilin ailəsinin əziyyətini çəkib, Nicatın nə vaxt problemi olurdusa həmin problemləri Rasif həll edib. Sonra Nicat bir qızla tanış oldu. Mən və Rasif həmin qızın normal qız olmadığını, həmin qızdan ayrılmasını Nicata dedik. Nicat da həmin qıza görə bizdən üz çevirdi.

Nicatın bu hərəkəti Rasifin xoşuna gəlməmişdi. Çünki Rasif illərlə Nicatın əziyyətini çəkmişdi. Beləliklə Nicat ilə aramızdada münasibətlər soyumağa başladı. Münasibətlər soyuduqdan sonra onlarla aramızda 2-3 dəfə mübahisə yaranıb. Lakin Rasif heç vaxt Nicata əl qaldırmayıb.

Nicat və Ramil həmişə nəsə olan kimi gedib ataları Əhədə deyirdilər. Nicat və Ramil artıq atasında elə təəssürat yaratmışdılar ki, guya Rasif onlara gün verib, işıq vermir. Hadisədən əvvəl də Nicat maşın alveri ilə məşğul olan tanışlarından birini insanların arasında təhqir etmişdi.

Həmin şəxs bu barədə Rasifə demişdi”.

Araşdırmalarla müəyyən edilib ki, 4 sentyabr 2018-ci il tarixdə axşam saatlarında 1972-ci il təvəllüdlü Əhəd İsmayılov «Xəlifə» şadlıq sarayında iştirak etdiyi böyük toy məclisində spirtli içki qəbul etdikdən sonra evə gəlib. Bir qədər sonra oğlu, 2000-ci il təvəllüdlü Ramil evə gələrək Rasifin oyun zalında onu vurduğunu deyib. Belə ki, həmin gecə saat 24:00 radələrində Sumqayıt şəhəri, 21-ci məhəllə, 18/32 saylı binanın zirzəmisində yerləşən «PS-3» oyun zalında olarkən Rasif Ramilin adapterini icazəsiz götürdüyünə görə mübahisə yaranıb və bu zaman Rasif özüdən yaşca kiçik olan və münasibətləri daha əvvəl pozulmuş Ramilə bir neçə zərbə endirib. Ramil idarə etdiyi “Hyundai Qrandeur” markalı avtomaşınla evlərinə gedib bu barədə atası kimi ona məlumat verməsindən sonra onlar bıçaq götürərək geri qayıdıblar. Çay evindən Rasifi maşına dəvət edən ata və oğluna Rasifin dostu Samir də qoşulub. Onlar maşını qaranlıq əraziyə sürüblər və burada dava-dalaş düşüb. Dava zamanı ata və oğlu Rasif və Samiri bıçaqlayıb. Xəstəxanaya yerləşdirilən Rasif orada ölüb.

İstintaq materiallarından məlum olur ki, hadisə vaxtı Ə.İsmayılovun maşın alveri ilə məşğul olan böyük oğlu Nicat Gürcüstanda olub. O, ifadəsində bildirib ki, dostu Rasiflə münasibətlərinin pozulmasına Samir çalışıb və aralarını vurub. Həmçinin Nicatın boşanmış qadınla münasibətinin olması dostlarının xoşuna gəlməyib və buna görə də daha əvvəl mübahisə yaranıb.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            250 11.10.21 12:14