Bakıda DƏHŞƏT: Altı yaşlı uşaq evdə yanaraq öldü » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Bakıda DƏHŞƏT: Altı yaşlı uşaq evdə yanaraq öldü
Bakıda yanğın baş verən mənzildə altı yaşlı uşağın meyiti aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. 

Paytaxtın Pirallahı rayonunda yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 215 kvadratmetr olan birmərtəbəli, beşmənzilli binanın (taxta konstruksiyalardan ibarət ümumi həyət tipli ev) yanar konstruksiyaları ümumilikdə 155 kvadratmetr sahədə yanıb.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən iki nəfər bina sakini xilas edilib. Yanğının kəşfiyyatı zamanı 2015-ci il təvəllüdlü Ələsgərov Emil Elkin oğlunun meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparır.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 11.10.21 13:34