Bakıda sərxoş sürücü ilə polis arasında insident » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Bakıda sərxoş sürücü ilə polis arasında insident
Bakıda polislə sürücü arasında insident baş verib. 

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub.

Məsələ barədə oxu.az Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə əlaqə saxlayıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elmin Şinası oğlu idarəetdiyi  maşınla üç-dörd avtomobilə zərər vurub:

“İnzibati Xəttalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub. İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.

O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:

“Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və xidmətdə olan polis əməkdaşı onu saxlayıb. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan matreallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            241 12.10.21 13:00