Sənədsiz sürücülər qəza törətdi: Ailə faciəsi yaşandı » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Sənədsiz sürücülər qəza törətdi: Ailə faciəsi yaşandı
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisindən (DYP) verilən məlumata görə, hadisə rayonun Xanqərvənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Abbasov Pərviz Rəfi oğlunun etibarnamə olmadan idarə etdiyi “NAZ LİFAN” markalı, 26-BC-131 dövlət qeydiyyat nişanlı avtomobillə, 1999-cu il təvəllüdlü Nuruzadə İlkin Ələsgər oğlunun sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes-Benz” markalı, 90-ST-280 dövlət qeydiyyat nişanlı və 1971-ci il təvəllüdlü Hüseynov Arif Əjdər oğlunun idarə etdiyi eyni markalı, 10-RX-059 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri toqquşub.

Nəticədə “NAZ LİFAN” markalı avtomobilin sürücüsü P.Abbasov ölüb, avtomobildə olan sərnişinlər: həyat yoldaşı 1993-cü il təvəllüdlü Allahverdiyeva Məhəbbət Elçin qızı, qızları 2013-cü il təvəllüdlü Kəmalə, 2015-ci il təvəllüdlü Sevda və oğlu 2019-cu il təvəllüdlü Abbas, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişin 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu xəsarətlər alıblar.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            239 12.10.21 14:08