Lerikdə yol sürüşməsi: Mərkəzlə əlaqə kəsildi » Istintaq.Az
18:48 Rusiyada dəhşətli yanğın: Valideynlər uşaqlarını pəncərədən atdılar  |     18:31 Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü - FOTO/VİDEO  |     17:58 Maral Xəlilovanın işi məhkəməyə göndərildi  |     17:47 3 ilin gəlini niyə ölüb? – Biləsuvarda müəmmalı HADİSƏ - VİDEO  |     17:01 Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu  |     16:58 Bakıda küçədən naməlum kişi meyiti tapıldı  |     15:31 Bakıda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub  |     15:14 “Ata Abdullayev hədə-qorxu ilə məndən 15 min manat istədi” - Zərərçəkmiş İFADƏSİ  |     14:35 Bakıda binanın uçma təhlükəsinə görə yol bağlanır  |     14:31 Dövlətdən aldığı mülkü fahişəxanaya çevirdi: AZƏRBAYCANDA ŞOK HADİSƏ - TƏFƏRRÜAT  |     14:25 Lənkəranda uşaq iynə vurulandan sonra öldü  |     14:20 Azərbaycanda 40 günlük körpə adətlərin qurbanı oldu - FOTO  |     14:12 “Gelandewagen”lə PPX avtomobili toqquşub: polis əməkdaşı yaralanıb  |     14:09 Bakıda TIR ağır qəza törətdi  |     14:06 Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb  |     13:57 Goranboyda ev yandı, bir nəfər xəsarət aldı - FOTO  |     13:50 Azərbaycanda 10-cu sinif şagirdi intihara cəhd etdi - FOTO  |     17:30 Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu  |     17:28 Azərbaycanda məktəb direktorunun müavini vəfat etdi - FOTO  |     17:06 Gənc voleybolçu qız edam edildi - Talibandan şok addım  |    

Lerikdə yol sürüşməsi: Mərkəzlə əlaqə kəsildi
Lerik rayonunda bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Bu barədə report-a Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov məlumat verib.

Onun sözlərinə görə, buna səbəb son iyirmi gündə aramsız yağan yağışlardır:

“Lerik-Lənkəran yolunda bir neçə istiqamətdə mütəmadi olaraq sürüşmələr baş verir. 45, 46, 49, 50, 52-ci km-də torpaq sürüşmələri və çökmələr var. 52 saylı Yol İstismar İdarəsi tərəfindən yolun işlək vəziyyətdə qalması daimi nəzarətdə saxlanılır. Digər Piran-Veri-Qələbin avtomobil yolu sürüşmələr nəticəsində yararsız hala düşüb. Sürüşmələr son bir həftə ərzində 5 kəndi əhatə edən Əliabad-Lərmərüd-Babazığon avtomobil yolunda hazırda daha aktiv şəkildədir. Bu ərazidə yaşayan 2000 nəfərə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlər məcburiyyətdən qonşu Masallı rayonuna keçməklə hərəkət edirlər”.

H.Məlikov bildirib ki, intensiv yağıntılar səbəbindən təsərrüfatlara da xeyli ziyan dəyib:

“Osiodərə inzibati ərazi dairəsinə daxil olan Şivlə kəndində vətəndaşlara məxsus pay torpaqlar sürüşmə səbəbindən yararsız hala düşüb. Veri-Əliabad ərazisində mövcud sürüşmə aktivliyi yenidən artıb. Nəticədə 5-ə yaxın yaşayış evinin hər an uçma təhlükəsi var. Vətəndaşlara evlərini tərk etmələrinin vacibliyi barədə məlumatlar vermişik. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəssisləri də baxış keçiriblər. Hələlik hər hansı yenilik yoxdur”.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            235 12.10.21 16:19