20 illik dostunun sevgilisini öpmək istədi - ÖLDÜRÜLDÜ » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

20 illik dostunun sevgilisini öpmək istədi - ÖLDÜRÜLDÜ
Böyük Britaniyanın Hall şəhərinin 30 yaşlı sakini Yanuş Stradomski 20 ildən çox dostlq etdiyi 28 yaşlı Şimon Kaminski tərəfindən qətlə yetirilib.

Bu barədə "Hall Live" yazır.
 
Hadisə keçən ilin oktyabrında baş verib. İki dost Kaminskinin evində içki içiblər. Həmin vaxt Şimonun sevgilisi də evdə olub. Qızın sözlərinə görə, sevgilisi yatmağa gedəndə sərxoş halda olan Stradomski onu öpməyə çalışıb.

Ertəsi gün cütlük Stradomskinin evinə gələrək pəncərələrinin şüşəsini qırıb. Bundan əlavə, Kaminski öz dostuna dəmiryolu körpüsündə görüş təyin edib.

Müşahidə kamerasından da göründüyü kimi, Kaminski iki dəfə Stradomskinin üzündən vurub, nəticədə Stradomski kürəyi üstə yıxılıb və başından zədələnib. Cinayəti törədən şəxs təcili tibbi yardıma xəbər vermədən hadisə yerini tərk edib.

Zərərçəkən şəxs isə yoldan keçənlərin köməyi ilə xəstəxanaya çatdırılıb. Kəllə sümüyünün sınması nəticəsində Stradomskinin beyninə qan sızıb və o, oktyabrın 29-da ölüb.

Kaminski cinayəti boynuna alıb və 5 il müddətinə həbs olunub.

Qeyd edək ki, ailəli olan Stradomskinin 3 yaşlı oğlu olub.

"Şimonun Yanuşa yardım etmək üçün heç nə etmədiyinə inana bilmirəm. Bu hadisə mənim həyatımı məhv etdi və övladımı atasız qoydu", - deyə Kaminskinin həyat yoldaşı bildirib






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            28 03.05.21 19:48