Binadan başına daş düşən yeniyetmənin son vəziyyəti barədə həkimdən açıqlama » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

Binadan başına daş düşən yeniyetmənin son vəziyyəti barədə həkimdən açıqlama
Bakıda binadan başına daş düşən Əli Şabanovun vəziyyəti ağır olaraq qalmaqdadır.

Bu barədə Trend-ə Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Rövşən Bağırov deyib. Onun sözlərinə görə, yeniyetmə koma vəziyyətindədir:

"Xəstənin vəziyyəti ağır olaraq qalmaqdadır. Koma vəziyyətindədir və tənəffüsü süni ventilyasiya ilə davam etdirilir. Durumunda ciddi bir dəyişiklik yoxdur. Təəssüflər olsun ki, aparılan intensiv reanimasiyon müalicələrə baxmayaraq, xəstədə hər hansısa yaxşılaşma reaksiyası əldə etmək mümkün olmayıb".

R.Bağırov əlavə edib ki, yeniyetmənin vəziyyətinin yaxşılaşması üçün bütün cəhdlər və müalicələr aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsində 14 yaşlı yeniyetmənin başına daş piltəsi düşüb.

Hadisə nəticəsində 2007-ci il təvəllüdlü Şabanov Əli Mahir oğlu ağır kəllə-beyin travması alıb və komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            21 04.05.21 16:42