Vətəndaşa hədə-qorxu gələn saxta "polis" yaxalandı (FOTO/VİDEO) » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

Vətəndaşa hədə-qorxu gələn saxta "polis" yaxalandı (FOTO/VİDEO)
Özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkələrdə hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nazirliyin “Instagram” sosial şəbəkəsindəki rəsmi səhifəsinə (polisazerbaycan) müraciət edən bir nəfər qadın özünü sosial şəbəkədə polis kimi təqdim edən şəxslə tanış olduğunu daha sonra həmin şəxsin ona hədə-qorxu gələrək pul tələb etdiyini bildirib.

Müraciət dərhal nəzarətə götürülüb və həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elmir Sultanov saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxs özünü polis əməkdaşı kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadına hədə-qorxu gələrək ondan pul tələb etdiyini etiraf edib. E.Sultanovun yaşadığı evə və idarə etdiyi avtomobilə baxış zamanı polis mayoru xüsusi rütbəsi olan paltarlar, polis əməkdaşı görüntüsü yaratmaq üçün əldə etdiyi suvenir qandal, polis şevronları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

İstintaq tədbirləri zamanı müəyyən edilib ki, E.Sultanov bir neçə il əvvəl də eyni əməli törətdiyinə görə, yəni, özünü yalandan polis əməkdaşı kimi təqdim edərək insanlardan pul tələb etdiyi üçün Cinyət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub. Bu dəfə də onun barəsində Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq və əməliyyat tədbirləri davam etdirilir.

Soaial şəbəkələrdə E.Sultanov tərəfindən hədələnən və ya onun digər qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə və DİN-in “Instagram” və “Facebook”dakı rəsmi ünvanlarına məlumat verə bilərlər.

(TREND)





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 04.05.21 16:46