Sevgilisini yataqda öldürərək evi qarət etdi - VİDEO » Istintaq.Az
20:05 Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi  |     20:03 Səkkiz evdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO  |     19:57 Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO  |     19:44 Azərbaycanda dəhşətli intihar - Özünü güllələyərək öldürdü  |     15:16 Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü  |     15:15 Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ  |     15:13 Bakıda "BMW" YANDI  |     15:12 Sabiq baş redaktor barəsində iki maddə ilə cinayət işi başlandı  |     15:11 Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb...  |     15:09 Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı  |     15:07 Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA  |     14:52 Yaşadığı evdə dəm qazından ZƏHƏRLƏNDİ  |     17:27 12 nəfəri "Qanlı göl"ə çağırıb döyənlər həbs edildi - VİDEO  |     16:19 Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu - VİDEO  |     15:58 Bakıda İran vətəndaşı üzündən bıçaqlandı  |     15:22 Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü  |     15:19 Bakıda ŞOK HADİSƏ: qadın sürücüyə əl işarəsi edən şəxsi qovub tutdular, maşından düşürüb... (TƏFƏRRÜAT)  |     15:18 Bakıda qadının bank hesabından 785 manat oğurlandı  |     15:15 Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu  |     14:52 Bakıda avtomobili oğurlayıb hissələrə böldülər - FOTO/VİDEO  |    

Sevgilisini yataqda öldürərək evi qarət etdi - VİDEO
23 sentyabr 2019-cu il tarixli baxış protokoluna əsasən, Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-də, yataq otağındakı çarpayının üzərində Maya Kərimovanın (1970-ci il təv.) meyiti aşkar edilib. Mətbəx otağındakı divanda açıq vəziyyətdə üstündə açar olan kiçik çamadan tapılıb. Maddi sübut kimi yataq otağından qana bulaşmış paltarlar, qan nümunələri və hamamda olan kül qabının üzərindən əl-barmaq izləri götürülüb.

İstintaq.az Baku TV-yə istinadən xəbər verir ki, Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Maya Kərimovanın ölümünə sol ağciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub.

Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində sentyabrın 29-da şübhəli şəxs qisminə Lənkəran şəhərində qeydiyyatda olan (2001-ci il təv.) Rəsul Quluzadə və Heydər Nəsirli tutulublar. Dindirilərkən onlar bildiriblər ki, pul ələ keçirmək məqsədi ilə qadını tanışları Farid Axundov qətlə yetirib.

Axundovun yaşadığı ünvan müəyyən edilib. Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 14, mənzil 218-də onun arvadı könüllü istintaqa 6550 avro və qızıl əşyaları təqdim edib. Oktyabrın 3-də Farid Axundov (1987-ci il təv.) Heydər Əliyev adına Hava Limanında 29-cu şöbənin əməkdaşları tərəfindən tutulub.

İstintaqla müəyyən edilib ki, 2019-cu il sentyabrın 23-ü gecə saat 01:15-də Farid Axundov, Rəsul Quluzadə və Heydər Nəsirli quldurluq məqsədi ilə Yeni Yasamal-1 yaşayış massivi, ev 2, mənzil 11-ə basqın ediblər. Yatmış vəziyyətdə olan Maya Kərimovaya bıçaqla 6 dəfə zərbə vuraraq onu xüsusi amansızlıqla qəsdən öldürüblər. Mənzildə axtarış apararaq 10.000 avro, 6.000 dollar, 10.219 manat dəyərində qızıl-zinət əşyalarını, 1.015 manat dəyərində 2 ədəd mobil telefonu və 35 manat dəyərində pul kisəsini ələ keçirərək hadisə yerini tərk ediblər.

Nəsimi rayonunda yerləşən komersiya bankının kamera görüntülərinə baxış zamanı saat məlum olub ki, 16:55-də əlində sellofan, əynində qara rəngli köynək və cins şalvar olan bir oğlan kassaya yaxışlaşaraq 100 dollar təqdim edib. Həmin şəxs kassadan ona təqdim olunmuş manat və qəpikləri kağız sənədlə birlikdə götürərək ordan uzaqlaşıb. İstintaq zamanı həmin şəxsin Farid Axundovun qaynı İsmayıl Becanlı olması məlum olub (videofayl var).

Təqsirləndirilən Farid Axundov Maya Kərimovanı hələ universitetdə oxuduğu vaxtdan tanıdığını bildirib. Onunla təsadüfən şəhərlərarası avtobusda tanış olub, aralarında yaxın münasibət yaranıb. Maya əvvəllər evli olmayıb. Sevgili olduqları müddətdə qadın daim onu pulla təmin edib, əksər xərclərini ödəyib. Maya sələmə pul verməklə məşğul olub.

Farid hətta bir neçə dəfə evində olan pulları oğurlamaq istəsə də, qorxduğu üçün fikrindən yayınıb. 2016-cı ildə evləndikdən sonra onunla, demək olar ki, əvvəlki münasibətini kəsib. Ara-bir telefonla danışıb, nadir hallarda görüşüb. Mayanın Yasamal rayonunda yaşadığı evdə dəfələrlə olub. Təxminən 6-7 il olar ki, marixuana və metadon adlı narkotik maddələr qəbul edir.

Narkotik vasitələri Lənkəran rayonunda tanımadığı adamlardan alıb. 2019-cu ilin avqust ayında işdən çıxdıqdan sonra lizinqə “Khazar” markalı ağ rəngli avtomobil götürüb. Taksi fəaliyyəti ilə məşğul olub. Lənkəran rayonundan olan Rəsul Quluzadəni uşaqlıqdan tanıyıb. Son vaxtlar «Topaz»da mərc oyunları ilə əlaqədar 2500 dollar məbləğində pul borcu yaranıb. Evdə olan özünün və həyat yoldaşının qızıl-zinət əşyalarını “Gənclik” metrostansiyasının yanında, Atatürk prospekti, 2 ünvanında yerləşən “Lombard”da qoyaraq təxminən 1500 manat pul alıb.

Sentyabrın 19-da Mayaya zəng edəndə qadın anasının xəstələndiyi üçün Lənkəranda olduğunu deyib. Zəng vurmaqda məqsədi görüşmək, Mayanı evində yatızdıraraq pullarını ələ keçirmək olub. Bunu Rəsula da bildirib. Ayın 21-də narkotik maddə almaq üçün tanışı ilə Lənkərana yollanıb.

Rəsulu evlərinə qoyduqdan sonra 200 manata metadon, 50 manata isə marixuana alıb. Həmin gün Rəsulla Bakıya qayıdıblar. Yenə telefon əlaqəsi saxladıqda Maya ayın 22-də qayıdacağını, işini qurtardıqdan sonra istədiyi vaxt evinə gəlməyini bildirib. Sentyabrın 22-də Rəsul və sonuncunun dostu Heydərlə birlikdə “28 May” metrostansiyasının yaxınlığında görüşüblər. O, Rəsula bu gecə Mayanın evinə gedəcəyini, aldığı yuxu dərmanını verərək onu yatızdıracağını və pullarını götürəcəyini söyləyib. O, elə bilib ki, həmin sözləri Heydər eşitməyib. Oradan birbaşa Yeni Yasamala gəliblər.

Əl izlərinin qalmaması üçün aptekdən ağ rəngli rezin əlcək alıb. Təxminən saat 21:30-da binanın qabağında avtomobili saxlayıb, Rəsulla Heydərə oturub gözləməyi, qadını yatızdırdıqdan sonra pulları götürüb gələcəyini bildirib. Marketdən çörək, kompot və Mayanın istədiyi siqareti alıb, qalxıb. Dərmanı kompotun içinə atdığı üçün rəngi bir az dəyişib. Aradan bir müddət keçmiş evə Mayanın tanışı və onun həyat yoldaşı gəlib, sələmin qalan faizi olan 300 dolları veriblər. Qadın həmin məbləği yataq otağındakı şkafa qoyub. Saat 23 radələrində pəncərədən baxdıqda həyətdə saxladığı avtomobilin yerində olmadığını görüb, aşağı düşüb. Heydərin mobil nömrəsinə yığıb, harada olduqlarını soruşanda sonuncu artıq çatdıqlarını deyib.

Maşına əyləşib, hər ikisinə əsəbləşib və avtomobili icazəsiz götürməməklərini tapşırıb. Heydərlə Rəsula qadının hələ kompotu içmədiyini deyib və nə yolla olursa olsun pulları götürəcəyini bildirib. Yenə mənzilə qalxıb. Bir az söhbət edəndən sonra Maya ilə cinsi əlaqədə olublar. Gecə saat 01 radələrində artıq onun yatdığını görüb. Mənzildə gəzməyə və siqaret çəkməyə başlayıb. Nə edəcəyini tam qətiləşdirməyib. Evin qapısını açıq qoyub ki, Rəsul gələndə rahat daxil olsun.

Narkotik maddənin təsiri altında olduğundan tam özündə olmayıb. Mətbəxdən bıçağı götürüb, Mayanın sol tərəfində uzanıb. Heydərə zəng vurduqdan sonra Rəsulun evə girdiyini görüb. Bıçaqla qadının kürəyinə iki zərbə vurub. Maya qışqırdıqda cəld onun üzərinə çıxıb və boğmağa başlayıb. Qadına “bağışla məni” deyib kürəyinə və qarnına xəsarətlər yetirib.

Bıçaq zərbələrindən biri Mayanın ağzını tutan Rəsulun sağ qoluna dəyib. Boğazından tutub, sıxanda artıq zəiflədiyini hiss edib və üstündən qalxıb. Rəsula Mayaya baxmasını, ölmədiyi halda onu yastıqla boğmasını tapşırıb. Əlcəkləri geyinib, yataq otağındakı şkafdan kodlu və açarla açılan çamadanı götürüb. İçərisində tapdığı avro, dollar və manat əskinaslarını qara pul kisəsinə qoyub. Mərhumun bəzək əşyalarının arasından üzük və sırğaları götürüb. 2 ədəd smartfon telefonunu da ələ keçirərək onları söndürüb. Bundan sonra izləri itirməkdən ötrü Rəsula evi dağıtmağı deyib. Bıçağı gödəkçəsinin cibinə qoyub. Maşını özü sürüb. Heydərə Mayanı öldürməklərini deməyiblər.

Onu yaşadığı evin yanında düşürüblər. Bir az getdikdən sonra ona 100 dollar verib, heç kəsə heç nə danışmamağını bildirib. “Qələbə” dairəsini keçəndən sonra körpünün üzərində Mayanın telefonlarını pəncərədən ataraq asfalta çırpıb sındırıb.

Avtomobili həyətdə saxlayıb, Rəsula 2000 dollar, 500 avro və dəqiq sayını bilmədiyi manat əskinası verib. Daha sonra özü tək yaşadığı mənzilə qalxıb, dostu maşında qalıb. Evə girdikdə qayını İsmayıl qonaq otağında olub. Puldan bir qədər götürüb, qalanını və götürdüyü qızıl əşyaları saxlaması üçün arvadına verib. Xarici pasportunu götürüb. Dəyişdiyi paltarlar və bıçaq olan sellofanı götürüb aşağı düşüb. Evlərinə yaxın olan bulvarın yeni salınmış hissəsində bıçağı dənizə, paltarları isə zibil qutusuna atıb. Sonra Rəsulla birlikdə maşınla Heydər Əliyev adına Hava Limanına gediblər. 400 manata sentyabrın 23-ü saat 14-də Moskva şəhərinə olan bilet alıb. Valyuta dəyişmə məntəqəsində təxminən 1000 avro pulu dəyişib.

Səhəri gün avtomobili icarəyə götürdüyü yerə apararaq maşını və açarları mühafizəçiyə təhvil verib. Oradan taksi ilə Əhmədli qəsəbəsinə, Ukrayna dairəsi yaxınlığında yerləşən “TopAz” məntəqəsinə yollanıb. Tərlan adlı şəxsə 2500 dollar ödəyib. Sonra «Gənclik» metrosunun yanına gəlib və lombarda 1800 manat pul verib, səhər qaynının gəlib qızıl əşyaları götürəcəyini bildirib. Rəsul və İsmayılla sağollaşıb taksi ilə hava limanına gedib. Aviareyslə Moskvaya uçub.

2 gün oteldə qalıb avireyslə İstanbul şəhərinə yollanıb. Bu müddət ərzində 4000 dollara yaxın pulu xərcləyib. Tutduğu əməli dərk edərək Azərbaycana qayıdıb, təslim olmağı qərarlaşdırıb və oktyabrın 2-də aviareyslə İstanbuldan Bakıya qayıdıb. Ayın 3-nə keçən gecə hava limanında polis əməkdaşları tərəfindən saxlanılıb.

Rəsul Quluzadə qeyd edib ki, Maya Kərimovanın mənzilindən pul götürsə də onun qətlə yetirilməsində iştirak etməyib. Tutulmağından qorxduğu üçün qadının öldürülməsi ilə bağlı sonradan polisə məlumat verməyib. Əvvəlcədən Farid Mayanı öldürəcəyi ilə bağlı ona heç nə deməyib. O, evə daxil olanda qadın artıq hərəkətsiz vəziyyətdə olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Elmar Kərimov ifadəsində göstərib ki, bacısı Maya Kərimova heç vaxt rəsmi qaydada ailə qurmayıb. Təxminən 10 il olar ki, soyadını bilmədiyi Orxan adlı şəxslə qeyri-rəsmi yaşayıb. 2019-cu il sentyabrın 12-dən 22-dək bacısı Lənkəranda qalaraq anasına qulluq edib. Həmin gün Mayanı taksi ilə Bakıya yola salıb. Axırıncı dəfə onunla həyat yoldaşı Arzu Kərimova telefonla saat 23 radələrində danışıb. Maya həmin vaxt evdə tək olduğunu deyib.

Bacısının öldürüldüyünü səhəri gün öyrənib və bununla əlaqədar arvadı ilə paytaxta gəlib. Mayanın kiməsə borcu olması, faizə pul verib-verməməsi barədə məlumatı olmayıb.

Şahid Orxan Abdullayev bildirib ki, Maya Kərimova ilə 5 il əvvəl dostunun rəfiqəsi vasitəsi ilə tanış olub. Mütəmadi görüşərək onun evində qalıb, aralarında ər-arvad münasibətləri yaranıb. Mayanın ondan başqa hansısa bir kişi ilə münasibətinin olub-olmamasını bilməyib. Olubsa da o, bunu hiss etməyib. Qadın sələmə pul verib. Son vaxtlar Finlandiyada yaşayan bacısı İlahət Kərimova da ona maddi köməklik göstərib. Axırıncı dəfə Maya ilə sentyabr ayının 4-də onun mənzilində görüşüb.

Görüş vaxtı qadın ona Lənkəran şəhərində yaşayan anasının onkoloji xəstə olduğunu və yanına gedəcəyini deyib. Sentyabrın 23-də ona zəng vurub, Mayanın yaşadığı evdə öldürüldüyü bildirilib. Dərhal ora getdikdə ərazidə çoxlu sayda insanların, polis və prokurorluq əməkdaşlarının olduğunu görüb. İlk dəfə polis əməkdaşlarından əvvəllər eşitmədiyi “Farid Lənkəranlı” adlı şəxsin Mayanın evində olmasını öyrənib.

Məhkəmə prosesində Farid Axundov ittiham üzrə özünü qismən təqsirli bilib. Qeyd edib ki, zərəçəkənin nümayəndəsinə atası pulu qaytarıb.
Rəsul Quluzadə və Heydər Nəsirli özlərini təqsirli bilməyiblər.

Məhkəmə hesab edib ki, Farid Axundov, Rəsul Quluzadə və Heydər Nəsirlinin əməlləri CM-nin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11-ci (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 170.3-cü (yetkinlik yaşına çatmayanı, ağır cinayətin törədilməsinə cəlb etmə) maddələrinin dispozisiya şərtlərinə uyğundur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Farid Axundov 18, Rəsul Quluzadə və Heydər Nəsirli hər biri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. ( 2021 il )






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 25.10.21 16:41