Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu » Istintaq.Az
20:05 Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi  |     20:03 Səkkiz evdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO  |     19:57 Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO  |     19:44 Azərbaycanda dəhşətli intihar - Özünü güllələyərək öldürdü  |     15:16 Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü  |     15:15 Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ  |     15:13 Bakıda "BMW" YANDI  |     15:12 Sabiq baş redaktor barəsində iki maddə ilə cinayət işi başlandı  |     15:11 Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb...  |     15:09 Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı  |     15:07 Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA  |     14:52 Yaşadığı evdə dəm qazından ZƏHƏRLƏNDİ  |     17:27 12 nəfəri "Qanlı göl"ə çağırıb döyənlər həbs edildi - VİDEO  |     16:19 Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu - VİDEO  |     15:58 Bakıda İran vətəndaşı üzündən bıçaqlandı  |     15:22 Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü  |     15:19 Bakıda ŞOK HADİSƏ: qadın sürücüyə əl işarəsi edən şəxsi qovub tutdular, maşından düşürüb... (TƏFƏRRÜAT)  |     15:18 Bakıda qadının bank hesabından 785 manat oğurlandı  |     15:15 Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu  |     14:52 Bakıda avtomobili oğurlayıb hissələrə böldülər - FOTO/VİDEO  |    

Bakıda dini toy karvanı: 16 avtoxuliqan tutuldu
Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanı təşkil edilib.

İstintaq.az “oxu.az”a istinadən xəbər verir ki, hadisə barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, dünən - oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.

Məlum olub ki, şənlikdə iştirak edənlərin bir neçəsində COVID-19 pasportu olmadığından onların hər biri İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, 200 manat məbləğində cərimə ediliblər.

Avtomobil karvanında iştirak edərək avtoxuliqanlıq hərəkəti etmiş 16 sürücünün avtomobili cərimə duracağına yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, toy iştirakçılarından biri - Füzuli Malıyev hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub.

Toyun təşkilatçısı olan A.Balaəhmədov və A.Hüseynzadə, habelə F.Malıyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            146 25.10.21 17:30