Baş İdarədən ƏMƏLİYYAT: 128 kilo heroin ələ keçirildi -VİDEO » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Baş İdarədən ƏMƏLİYYAT: 128 kilo heroin ələ keçirildi -VİDEO
Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dövriyyədən 128 kiloqram heroin çıxarılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Beyləqan rayonunda keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduqlarına görə dəfələrlə məhkum edilmiş rayonun Şahsevən kənd sakinləri Veysəl Həsənovu və Əbülfəz Rüstəmovu saxlayıblar.

Onların üzərlərində olan bağlamalara baxış keçirilən zaman ümumi çəkisi 91 kiloqram olan narkotik vasitə, o cümlədən 61 kiloqram heroin, 1 kiloqram tiryək, 16 kiloqram qurudulmuş marixuana və 13 kiloqram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Veysəl Həsənov və Əbülfəz Rüstəmov ifadələrində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının sifarişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər. Bu şəxslər narkotik vasitələrin paytaxt Bakı və bölgələrdə şəxsiyyətləri istintaqla araşdırılan şəxslərə çatdırmaqla realizə olunmasını təşkil etməli imişlər.

Baş İdarə əməkdaşlarının Sumqayıt şəhərində keçirdikləri əməliyyat zamanı şəhər sakini Elşad Süleymanov da saxlanılıb. Onun yaşadığı evdən 20 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs külli miqdarda narkotik vasitəni tanışı olan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Astara rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş Kamran Ağayev saxlanılıb. Onun evinə baxış zamanı ümumi çəkisi 6 kiloqramdan çox narkotik maddə, o cümlədən, 1 kiloqram 400 qram heroin, 2 kiloqram 840 qram marixuana, 2 kiloqram 750 qram tiryək, 100 qrama yaxın metamfetamin və 1 ədəd sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Baş İdarə əməkdaşlarının Sabunçu rayonunda həyata keçirdikləri əməliyyat nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan Xalid Vəlişov saxlanılıb. Onun Sabunçu rayonunda gizlətdiyi yerdən satış məqsədi ilə əldə edib saxladığı 4 kiloqram 580 qram heroin aşkar edilib.


Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Baş İdarənin əməkdaşları tərəfindən paytaxtın Nəsimi və Xətai rayonlarında keçirilən əməliyyatlar zamanı isə əvvəllər məhkum olunan Asim Rəsulov, Zöhrab Nəbiyev, Zaur Məmmədov və Zaur Quliyev saxlanılıblar. Polislər tərəfindən Asim Rəsulovdan 1 kiloqram 215 qram, Zöhrab Nəbiyevdən isə 1 kiloqram 86 qram
heroin və metamfetamin aşkar olunub. Zaur Quliyevin üzərindən və yaşadığı ünvandan müxtəlif adda ümumi çəkisi 3 kiloqram 528 qram narkotik vasitə, eləcə də 1000 ədəd psixotrop tərkibli həb, 2 ədəd elektron tərəzi də aşkar olunaraq götürülüb. Zaur Quliyevdən həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri də aşkar edilib.

Bununla da Baş İdarə əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 128 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            12 05.05.21 18:25