Bakıda parkda məktəbliyə qarşı cinayət - Ağır cəza aldı » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Bakıda parkda məktəbliyə qarşı cinayət - Ağır cəza aldı
Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Veteran parkında yetkinlik yaşına çatmayan oğlana qarşı quldurluq əməli törətmiş Şamaxı rayon Mərzəndiyyə kənd sakini, 1995-ci il təvəllüdlü Etibar Ağayev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq zamanı məlum olub ki, ötən il oktyabrın 27-də saat 20:30 radələrində Etibar parkda istirahət edən 5 nəfər yeniyetməyə yaxınlaşaraq kontur istəyib. Bu zaman uşaqlardan 3-ü oradan uzaqlaşıb. Etibar Əli adlı məktəblini küncə dirəyərək telefonunu tələb edib. Yaxınlaşan şəxsin əlində bıçaq olmasından qorxan yeniyetmə “Samsung A50” markalı telefonunu ona verib. Daha sonra Etibar Əlinin başındakı kepkasını da götürüb öz başına qoyub və qaçaraq uzaqlaşıb.

Məhkəmə prosesində quldurluq əməli tam sübuta yetirilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            25 06.05.21 12:27