Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO
Vətən müharibəsinin iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib.
    
Bu barədə hərbçimizin atası Ağayar Nəbizadə məlumat verib.

Onun sözlərinə görə, hadisə ötən gün Bakının Novxanı kəndi ərazisində qeydə alınıb. Leytenant Nəbizadənin intiharına psixoloji vəziyyəti səbəb olub.

"Oğlum müharibə vaxtı iki dəfə kantuziya almışdı. Amma bunu qeydiyyata saldırmamışdı. Çünki arxaya qayıtmağı özünə sığışdırmırdı. Müharibədən sonra isə psixoloji problemləri üzə çıxdı. Aydın məsələdir ki, müharibədə gördükləri, yanında dostlarının şəhid olması ona çox pis təsir etmişdi. Psixoloji problemlərinə görə, bir aydan çox Daxili Qoşunların Hospitalında yatdı, bir neçə psixoloq yanında apardıq. Amma həkimlər deyirdi ki, Rüfət, bütün olanları şüur altına yeridib, belə nevroloji problemi yoxdur. Dünən günortadan sonra əlaqə saxlaya bilmədik. Axşam xəbər gəldi ki, bəs belə bir hadisə baş verib", - deyə Ağayar Nəbizadə bildirib.

Qeyd edək ki, Ucarın Qaracallı kəndindən olan leytenant Nəbizadə Rüfət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Bölməsində xidmət keçib. O, müharibədən öncə təlimlərə qatılmaq üçün YAŞMA-nın tərkibinə qoşulub. Vətən müharibəsində Şuşaya qədər döyüşən zabitimiz, Prezident İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olunmuşdu.

Onu da əlavə edək ki, 1998-ci il təvəllüdlü zabitimiz Türkiyənin Kara Harp Okulunun məzunu, evin isə tək oğlu idi.









Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            29 06.05.21 14:04