Bakıda gənc qızın başına binadan daş düşdü - VİDEO » Istintaq.Az
20:05 Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi  |     20:03 Səkkiz evdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO  |     19:57 Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO  |     19:44 Azərbaycanda dəhşətli intihar - Özünü güllələyərək öldürdü  |     15:16 Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü  |     15:15 Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ  |     15:13 Bakıda "BMW" YANDI  |     15:12 Sabiq baş redaktor barəsində iki maddə ilə cinayət işi başlandı  |     15:11 Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb...  |     15:09 Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı  |     15:07 Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA  |     14:52 Yaşadığı evdə dəm qazından ZƏHƏRLƏNDİ  |     17:27 12 nəfəri "Qanlı göl"ə çağırıb döyənlər həbs edildi - VİDEO  |     16:19 Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu - VİDEO  |     15:58 Bakıda İran vətəndaşı üzündən bıçaqlandı  |     15:22 Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü  |     15:19 Bakıda ŞOK HADİSƏ: qadın sürücüyə əl işarəsi edən şəxsi qovub tutdular, maşından düşürüb... (TƏFƏRRÜAT)  |     15:18 Bakıda qadının bank hesabından 785 manat oğurlandı  |     15:15 Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu  |     14:52 Bakıda avtomobili oğurlayıb hissələrə böldülər - FOTO/VİDEO  |    

Bakıda gənc qızın başına binadan daş düşdü - VİDEO
Bakıda 20 yaşlı qızın başına damdan daş düşüb, həkimlər 18 tikiş qoyublar.

İstintaq.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, hadisə noyabrın 10-u paytaxtın mərkəzi küçələrindən birində baş verib.

Rəfiqələri ilə "Tarqovı" kimi tanınan ərazidə gəzən Diana Şıxəliyeva İslam Səfərli küçəsində yerləşən mağazanın qarşısından keçərkən ordakı binanın damından başına daş düşüb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan qızın başına həkimlər tikiş qoyublar.

Diananın anası deyir ki, həmin gün hava küləkli olduğundan üçmərtəbəli yaşayış binasının damından qopan daş qızının başına düşüb. Zərbənin nəticəsində, hətta ərazidə olan maşın da əzilib.

Xəstəxanada qalmaq istəməyən Diana hazırda müalicəsini evdə davam etdirir. Səhhəti isə tam normallaşmayıb.

Qeyd edək ki, bu gün Səbail Rayon Prokurorluğunun əməkdaşı hadisə ilə əlaqədar olaraq ailədə olub, zərərçəkmişin ərizəsini götürüblər.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            228 17.11.21 12:58