Cəlilabadda oğurluq edən şəxslər SAXLANILDI » Istintaq.Az
20:05 Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi  |     20:03 Səkkiz evdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO  |     19:57 Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO  |     19:44 Azərbaycanda dəhşətli intihar - Özünü güllələyərək öldürdü  |     15:16 Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü  |     15:15 Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ  |     15:13 Bakıda "BMW" YANDI  |     15:12 Sabiq baş redaktor barəsində iki maddə ilə cinayət işi başlandı  |     15:11 Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb...  |     15:09 Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı  |     15:07 Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA  |     14:52 Yaşadığı evdə dəm qazından ZƏHƏRLƏNDİ  |     17:27 12 nəfəri "Qanlı göl"ə çağırıb döyənlər həbs edildi - VİDEO  |     16:19 Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu - VİDEO  |     15:58 Bakıda İran vətəndaşı üzündən bıçaqlandı  |     15:22 Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü  |     15:19 Bakıda ŞOK HADİSƏ: qadın sürücüyə əl işarəsi edən şəxsi qovub tutdular, maşından düşürüb... (TƏFƏRRÜAT)  |     15:18 Bakıda qadının bank hesabından 785 manat oğurlandı  |     15:15 Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu  |     14:52 Bakıda avtomobili oğurlayıb hissələrə böldülər - FOTO/VİDEO  |    

Cəlilabadda oğurluq edən şəxslər SAXLANILDI
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evdən və mağazadan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Şabanlı kənd sakini, əvvəllər məhkum olunmuş Elvin Əliyev saxlanılıb. Onun həmin evdən 4 000 manat pul, əlavə olaraq 2 800 manat dəyərində qızıl-zinət əşyaları və bank kartı oğurladığı müəyyən edilib.

Cəlilabad polisinin keçirdiyi digər əməliyyat tədbirləri ilə rayonun Qarazəncir kəndi ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb. Onlar gecə saatlarında həmin mağazadan 1 ədəd notbuk, 900 manat dəyərində tütün məmulatları, 300 manat pul və 1 ədəd qol saatı oğurlayıblar.

Oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Mətləb Verdiyev və Elbrus Bağırov saxlanaraq istintaqa təqdim ediliblər.

Faktlarla bağlı araşdırma aparılır.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            223 19.11.21 12:31