“Bandotdel” əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO » Istintaq.Az
20:05 Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi  |     20:03 Səkkiz evdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO  |     19:57 Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO  |     19:44 Azərbaycanda dəhşətli intihar - Özünü güllələyərək öldürdü  |     15:16 Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü  |     15:15 Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ  |     15:13 Bakıda "BMW" YANDI  |     15:12 Sabiq baş redaktor barəsində iki maddə ilə cinayət işi başlandı  |     15:11 Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb...  |     15:09 Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı  |     15:07 Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA  |     14:52 Yaşadığı evdə dəm qazından ZƏHƏRLƏNDİ  |     17:27 12 nəfəri "Qanlı göl"ə çağırıb döyənlər həbs edildi - VİDEO  |     16:19 Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu - VİDEO  |     15:58 Bakıda İran vətəndaşı üzündən bıçaqlandı  |     15:22 Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü  |     15:19 Bakıda ŞOK HADİSƏ: qadın sürücüyə əl işarəsi edən şəxsi qovub tutdular, maşından düşürüb... (TƏFƏRRÜAT)  |     15:18 Bakıda qadının bank hesabından 785 manat oğurlandı  |     15:15 Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu  |     14:52 Bakıda avtomobili oğurlayıb hissələrə böldülər - FOTO/VİDEO  |    

“Bandotdel” əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları sosial şəbəkələrin imkanlarından geniş istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və bununla da zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən daha bir mütəşəkkil cinayətkar dəstənin üzvlərini ifşa ediblər.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Baş İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub.

Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri - Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsi ilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər.

Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsi ilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslərdən biri - Xəyal Yaxyayev və onun daxil olduğu mütəşəkkil dəstənin üzvləri əvvəllər də eyni əməllərlə, yəni sosial şəbəkələrdə maliyyə piramidası yaradaraq dələduzluqla məşğul olduqları üçün 2019-cu ildə Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbirləri seçilmişdi.

Təqdim edilən sonuncu faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Gülara Abdullayeva və Xəyal Yaxyayev barəsində Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması, həmçinin dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"Ölkə ərazisində “OCOS” maliyyə-dələduzluq piramidasının fəaliyyəti nəticəsində zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in "102” Zəng Mərkəzinə, Baş İdarəyə, eləcə də Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            128 20.11.21 19:24