Əmisi arvadını oğlunun gözü qarşısında öldürən şəxsin məhkəməsi başlayıb » Istintaq.Az
20:05 Azərbaycanda DƏHŞƏT: Kişi həyat yoldaşını soyunduraraq həyətə düşürdü, işgəncə verdi  |     20:03 Səkkiz evdən oğurluq edən şəxslər saxlanıldı - VİDEO  |     19:57 Bakıda tələbələr arasında erməni çaxırına görə DƏHŞƏTLİ DAVA: Ölən var - TƏFƏRRÜAT/VİDEO  |     19:44 Azərbaycanda dəhşətli intihar - Özünü güllələyərək öldürdü  |     15:16 Sabirabadda maşın su kanalına aşdı, iki gənc öldü  |     15:15 Jurnalistə hücum edən DSX zabiti cəzalandırıldı - RƏSMİ  |     15:13 Bakıda "BMW" YANDI  |     15:12 Sabiq baş redaktor barəsində iki maddə ilə cinayət işi başlandı  |     15:11 Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb...  |     15:09 Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı  |     15:07 Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA  |     14:52 Yaşadığı evdə dəm qazından ZƏHƏRLƏNDİ  |     17:27 12 nəfəri "Qanlı göl"ə çağırıb döyənlər həbs edildi - VİDEO  |     16:19 Rüşvət alarkən tutulan sabiq məmurlara hökm oxundu - VİDEO  |     15:58 Bakıda İran vətəndaşı üzündən bıçaqlandı  |     15:22 Azərbaycanda daha bir qadın cinayəti - 23 yaşlı bacısını öldürdü  |     15:19 Bakıda ŞOK HADİSƏ: qadın sürücüyə əl işarəsi edən şəxsi qovub tutdular, maşından düşürüb... (TƏFƏRRÜAT)  |     15:18 Bakıda qadının bank hesabından 785 manat oğurlandı  |     15:15 Mingəçevirdə avtomobilində odlu silah gəzdirən şəxs tutuldu  |     14:52 Bakıda avtomobili oğurlayıb hissələrə böldülər - FOTO/VİDEO  |    

Əmisi arvadını oğlunun gözü qarşısında öldürən şəxsin məhkəməsi başlayıb
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Hacıqabulda əmisi arvadını öldürməkdə təqsirləndirilən Elvin Axundovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

İstintaq.az "report"a istinadən xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə martın 31-də saat 01 radələrində Hacıqabul rayonunun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1986-cı il təvəllüdlü Rəsulova Fəxriyyə Feyruz qızı qaynı oğlu tərəfindən bıçaqlanaraq öldürülüb. Qətli törədən Hacıqabul rayonunun Muğan kənd sakini, 1987-ci il təvəllüdlü Axundov Elvin Arif oğlu saxlanılıb.

Məlumata görə, E.Axundov dul qalan əmisi arvadını 12 yaşlı oğlunun gözü qarşısında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisədən sonra E.Axundov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            182 23.11.21 13:43