Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Müəllimlərini yaralayan şagirdlə bağlı AÇIQLAMA
Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir.

Məktəbdən verilən məlumata görə, 7-çi sinif şagirdi (müvafiq səbələrə görə şagirdin adı qeyd olunmur) sığınacaqdan qəbul edilib və 2 saylı uşaq evində məskunlaşmışdı. Şagird tədris prosesi zamanı özünü çox aqressiv aparır, sinif yoldaşlarını və müəllimlərini nalayiq sözlərlə təhqir edir.

O, sinif yoldaşlarına tədris prosesi zamanı müxtəlif xəsarətlər yetirir, nizam-intizam qaydalarına riayət etmir, dərs prosesini pozur. Sinif rəhbəri və müəllimlər şagirdi intizama dəvət etdiyi zaman o, əsəbləşərək müəllimlərə də xəsarət yetirir.

Şagirdin anası da psixoloji cəhətdən qüsurludur. Dekabrın 6-sı saat təxminən 10 radələrində valideyn əvvəlki vaxtlarda olduğu kimi övladının təhsil aldığı sinfə daxil olub və müəllimi şantaj etmək məqsədilə çəkiliş aparmağa cəhd edib. Bu barədə hüquq-mühafizə orqanlarına dərhal məlumat verilib.

Məktəb rəhbərliyinin bütün cəhdlərinə baxmayaraq heç bir nəticə əldə olunmayıb. Belə psixoloji problemi olan şagirdin adi sinifdə təhsil alması olduqca təhlükəlidir. Valideynin də psixoloji problemlərinin olması vəziyyəti daha da gərginləşdirir.

Bakı şəhər Təhsil İdarəsindən isə bildirilir ki, paytaxtdakı 282 saylı tam orta məktəbin şagirdi ilə bağlı idarədə müvafiq araşdırma aparılır.
Qeyd edək ki, təhsil müəssisələrində tədrisin normal təşkili, uşaqların təhlükəsizliyinin təmin olunması, həmçinin müəllim-şagird münasibətləri hər zaman diqqət mərkəzində saxlanılır.   Uşaqların psixoloji dayanıqlılığının artırılması və məktəb-valideyn əməkdaşlığının inkişafı məqsədilə müvafiq tədbirlər həyata keçirilir, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            206 07.12.21 15:07