Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb... » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Bakı məktəbində biabırçılıq: Şagird şalvarını çıxarıb...
Bakının Suraxanı rayonunda orta məktəblərin birində baş verən insident insanların narazılığına səbəb olub.

Bu barədə jurnalist Natiq Muxtarlı məlumat verib. Onun sözlərinə görə, 282 saylı məktəbdə şagird sinifdə şalvarını çıxardır. O həmçinin qız uşaqlarını küçə söyüşləri ilə təhqir edir, müəllimələri söyür, məktəbə bıçaq gətirib hamını hədələyir.

"Bu barədə polisə müraciət olunub. Anası məktəbə hücum çəkir, polisi də söyüb təhqir edib. Amma polis gözünün qarşısında baş verən bu cinayətə reaksiya vermir, tədbir görmür. Böyük ehtimalla, o uşaq kimisə bıçaqlayacaq. Təhsil nazirinin vaxtı olsaydı, sabah o məktəbə baş çəkərdi”, - deyə Natiq Muxtarlı yazıb. 

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev açıqlamasında bildirib ki, bu məsələ hazırda polis nəzarətindədir.

"Paytaxtın Suraxanı rayonunda 282 saylı məktəbdə şagirdin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan iddiaların yoxlanılması məqsədilə araşdırmalar gedir. Rayon polisinin rəhbər vəzifəli şəxsləri hazırda məktəbdədir. Tərəflərdən polisə daxil olan qarşılıqlı şikayətlərin təfərrüatları yerində yoxlanılır. Neqativ hala rəvac verən halın aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır", - deyə qurum rəsmisi bildirib.   

(azxeber) 






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            220 07.12.21 15:11