Gəncədə iki qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı. » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Gəncədə iki qardaşı bıçaqlayan şəxs məhkəmə zalından azadlığa buraxıldı.
Gəncədə iki qardaşı bıçaqlamaqda təqsirləndirilən Nicat Qurbanova hökm oxunub, o, məhkəmə zalından azadlığa buraxılıb.

İstintaq.az report-a istinadən xəbər verir ki, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, N.Qurbanova şərti cəza verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz edilib. O, dərhal məhkəmə iclas zalından həbsdən azad olunub.

Qeyd edək ki, hadisə 2021-ci il martın 25-də axşam saatlarında Gəncə şəhərinin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakinləri - 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

Araşdırma zamanı məlum olub ki, Gəncə şəhər sakini, 1994-ci il təvəllüdlü N.Qurbanov ailə münaqişəsi zamanı bacısının həyat yoldaşı O.Dadaşovu və onun qardaşı S.Dadaşovu bıçaqlayaraq xəsarət yetirib.

Daha sonra N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            275 08.01.22 15:36