15 yaşında ərə verilən qız həyat yoldaşı və qayınanası tərəfindən döyülürmüş - FOTO » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

15 yaşında ərə verilən qız həyat yoldaşı və qayınanası tərəfindən döyülürmüş - FOTO
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkədə yeni paylaşım edib. 

İstintaq.az xəbər verir ki, o, feysbuk hesabında 15 yaşında ərə verilən qızın fotolarını yayımlayıb. Zeynalova onun əri və qayınanası tərəfindən şiddətə məruz qaldığını bildirib:

"Zorakılığa niyə susulur axı? 15 yaşında ərə verilən xanımın 2 övladı dünyaya gəlib. Əri oğurluq, o cümlədən başqa cinayətlərə görə həbs olunub və 13 il cəza alıb. Əri həbsdən çıxdıqdan sonra anası ilə birləşib həmin qadının bütün əşyalarını qızıllarını əlindən alıb evdən qovublar. Həyat yoldaşı barışmaq adı ilə qızın ata evinə gələrək orada dəfələrlə döyüb. Sual yaranacaq ki, bəs polisə niyə müraciət etməyib? Polisə qadın müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar "Barış" və "Ərizəni götür" deyə təyziq ediblər. Qadın məcbur olub ərizəni götürdükdən sonra amansızca yenidən döyülüb. Qadının hazırda başında 7 tikiş qoyulub, qolunda, üzündə yara izləri qalıb.

Bu məsələlər artıq ciddi narahatlıq yaradır. Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də, ciddi tədbir görülmür. Bu qadın sığınacaqdan məcbur bir müddət sonra çıxmalıdır. Bəs onun başına hər hansı hadisə gəlsə, "Ər həyat yoldaşını öldürdü" adlı xəbər başlıqlarına 2 saniyə baxıb keçməklə kifayətlənəcəyik. Biz indidən həyəcan siqnalı veririk ki, sığınacaqda qalan qadınların təhlükəsi hələ də davam edir. Xahiş edirik, tədbir görün. Nə edək, siz deyin?"








Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            227 10.01.22 13:36