Abşeronda narkotacir silahla saxlanılıb - FOTO/VİDEO » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Abşeronda narkotacir silahla saxlanılıb - FOTO/VİDEO
Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb. 

Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Masazır qəsəbəsində yaşayan Sərdar Talıbov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd Naqan tipli tapança, 2 ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub.

İstintaq.az xəbəbr verir ki, araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.

Faktla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.









Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            236 10.01.22 17:34