Novxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerində TUTULDU - VİDEO/FOTO » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Novxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerində TUTULDU - VİDEO/FOTO
Novxanıda bağ evindən oğurluq edən şəxs hadisə yerindəcə mühafizə polisləri tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Novxanı qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan bağ evlərindən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

Belə ki, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.

Əraziyə gələn polislər bağ evinə baxış keçirən zaman bir nəfərin evin naqillərini oğurladığının şahidi olublar. Polisləri görən həmin şəxs evin hasarından tullanaraq qaçmaq istəyən zaman mühafizə polislərinin çevikliyi sayəsində saxlanılıb. Ərazi üzrə polis bölməsinə təhvil verilən saxlanılan şəxsin paytaxt sakini Ramin Rzayev olduğu müəyyən edilib. Araşdırma zamanı onun əvvəllər də dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu müəyyən edilib. O, ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.

Qeyd edək ki, bağ evinin sahibi bir müddət əvvəl mənzilindən bəzi əşyaların oğurlandığını müşahidə edib. Bundan sonra o, mühafizə polisinin xüsusi texniki vasitələrinin köməkliyi evin 24 saat qorunması üçün Abşeron Rayon Mühafizə İdarəsi ilə müqavilə bağlayıb. Yalnız bundan sonra evdən silsilə oğurluqlar edən şəxsin saxlanılması mümkün olub.

Faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, habelə Nazirliyin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.









Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            241 11.01.22 18:11