Marixuana çəkib sərnişin daşıyan sürücülər saxlanıldı. » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Marixuana çəkib sərnişin daşıyan sürücülər saxlanıldı.
Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmini məqsədilə keçirilən nəzarət tədbirləri zamanı narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakinləri, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Kamran Umarovla Rəsul İsmayılovun idarə etdikləri “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillər saxlanılıb. Yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz sürdüyü müəyyən olunub və onlarda sərxoşluq əlamətləri hiss edildiyindən şöbəyə gətiriliblər. Təyin edilən ekspertizanın da nəticəsinə əsasən K.Umarov və R.İsmayılovun marixuana çəkdikləri sübuta yetirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, rayon sakinləri, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Kamran Umarovla Rəsul İsmayılovun idarə etdikləri “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillər saxlanılıb. Yoxlama zamanı hər iki sürücünün nəqliyyat vasitəsini etibarnaməsiz sürdüyü müəyyən olunub və onlarda sərxoşluq əlamətləri hiss edildiyindən şöbəyə gətiriliblər. Təyin edilən ekspertizanın da nəticəsinə əsasən K.Umarov və R.İsmayılovun marixuana çəkdikləri sübuta yetirilib.

Keçirilən növbəti tədbir zamanı isə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən Qullar kənd sakini Bağır Məmmədov saxlanılıb. Araşdırma zamanı onun marixuana qəbul edib “VAZ-21014” markalı avtomobillə taksi xidməti göstərdiyi məlum olub.

Hər üç sürücü barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə onların barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.












Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 12.01.22 15:30