Bakıda rabitə kabeli oğurlanıb - VİDEO/FOTO » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Bakıda rabitə kabeli oğurlanıb - VİDEO/FOTO
Xəzər rayonu Qala qəsəbəsində yerləşən 5 saylı Rabitə Xidməti Mərkəzinə məxsus 200 metr uzunluğunda rabitə kabeli naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mərkəzdən daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin (RPİ) 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum edilmiş Qala qəsəbəsində yaşayan Vasif Ağayev saxlanılıb.

O, ifadəsində etdiyi oğurluğu etiraf edib.

Faktla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

"Vasif Ağayevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.








Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            230 12.01.22 16:15