Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO » Istintaq.Az
19:19 "Böyük qardaş"ın adamını döyən "qanuni oğru" HƏBS EDİLDİ - FOTO  |     19:17 Fermada intihar edən qızla bağlı YENİ İDDİA: Öldürülüb? - Araşdırma.  |     19:15 Maqsud Mahmudovun taladığı şəxslərin tam siyahısı.  |     19:13 Oyuncaq tapança ilə kişinin başına oyun açdı.  |     19:12 Parklanma yerləri üstündə avtoritetlər arasında qan düşdü.  |     19:10 Azərbaycanlılar "8-ci kilometr" bazarında ATIŞDI: 12 milyon pul və...  |     19:08 Bakıda tanınmış iş adamı ürək tutmasından vəfat etdi - FOTO  |     19:00 Tovuzda bıçaqlanma hadisəsi baş verib.  |     14:18 Bakıda zavodun gözətçisinə xəsarət yetirilib.  |     14:15 Bakıda avtobusda cibgirlik edən şəxs saxlanılıb.  |     14:11 310 manat borca görə qohumunu öldürən şəxsə hökm oxundu.  |     14:04 Ərinin əmisi arvadını qətlə yetirən qadının məhkəməsi başlayır.  |     14:02 Ağsu sakini dəm qazından zəhərlənərək ölüb.  |     13:57 Bakıda klinikalardan oğurluq edən şəxs tutulub.  |     13:56 Xudatda narkotik satan şəbəkə aşkarlanıb - FOTO  |     13:54 Xaçmaz sakinini fermada döyüb, soyğunçuluq edən şəxslər tutulub.  |     13:52 Məktəbliyə siqaret satan şəxs cərimələnib.  |     13:47 Cəlilabadda avtomobil aşdı: ölən və yaralananlar var.  |     13:43 Bakıda mağazadan 55 min manat pul oğurlandı.  |     13:42 3 il əvvəl baş vermiş cinayətin üstü açıldı.  |    

Gəncədə narkotik satan və alan şəxslər saxlanıldı - FOTO
Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Namazov saxlanılan zaman onun üzərindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə saxlanılan şəxsin yaşadığı evdən ümumi çəkisi 25 kq 16 qram olan, 2 ədəd böyük torbada marixuana aşkarlanıb. İdarə əməkdaşlarının saxladığı digər şəhər sakini Xəyal Həmzəyevdən isə narkotik vasitə olan heroin aşkar olunub.

Kəpəz Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları isə qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Mehdi Mahmudovu saxlayıb. Polis İdarəsində üzərindən heroin aşkarlanan saxlanılan şəxsin yaşadığı evdindən də külli miqdarda narkotik vasitə olan heroin aşkarlanıb. Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən digər şəhər sakini Vüqar Ağayevdən isə “patı” kimi tanınan metamfetamin aşkar olunaraq götürülüb.

Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları şəhər sakini Hüseyn Alıyevi saxlayan zaman əlindəki sellofan torbada çəkisi 460 qram qurudulmuş marixuananı maddi sübut kimi götürərək müvafiq ekspertizaya təqdim edib. Saxlanılan şəxs ifadəsində narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirib.

Baş İdarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən İlham Məmmədov saxlanılıb. Bölmədə onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan heroin aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.









Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            227 14.01.22 14:59